Bisping Qastelium

Caspian İnternational Broadcasting Company Sport (CBC Sport) Azərbaycanın ən gənc televiziya kanalıdır. 9 avqust 2015-ci ildə internet, 1 oktyabr 2015-ci ildə test yayımı başlayıb. 1 noyabr 2015-ci il tarixindən isə əsas yayıma keçib. Azərbaycanda 11-ci ümumrespublika telekanalı olan CBC Sport ölkədə ilk “HD” təsvir formatında yayımlanan televiziyadır.

8 sentyabr 2015-ci ildə Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

“AzərKosmos” ASC ilə CBC Sport televiziya kanalı arasında bağlanmış müqaviləyə əsasən 2 noyabr 2015-ci il tarixdən etibarən 11135/H/27500 tezliyi ilə Azerspace-1 peyki üzərindən yayıma başlayıb.

CBC Sport Azərbaycan Premyer Liqasının 2015/16-cı il mövsümündən 3 il ərzində eksküliziv yayım hüququna malikdir. Həmçinin kanal tamaşaçılarına İtaliya, Hollandiya, Rusiya çempionatlarının, Türkiyə Kubokunun, Amerika Milli Basketbol Liqasının, beynəlxalq tennis turnirlərinin oyunlarını canlı təqdim edir.

Lakin kanal təkcə idman yarışlarını yaymaqla kifayətlənmir. CBC Sportun başlıca məqsədlərindən biri bilavasitə ölkə idmanının və idmançılarının, Olimpiya hərəkatının, gənclərdə sağlam həyat tərzinin formalaşdırılması və təbliği, bu sahədə geniş maarifləndirmə işi aparmaqdır. 


Əlaqə 

Tel: +99412 421 03 30 

Baku Olympic Stadium, Boyukshor Highway, AZ1040, Baku, Azerbaijan

E-mail: [email protected]