Vüqar Həşimovun xatirə turnirinə start verilir

Şahmat 21.04.2017 12:15
Vüqar Həşimovun xatirə turnirinə start verilir
314 Dəfə oxunub
Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirinə start veriləcək. 4-cü dəfə keçirilən yarışın ilk turunda hər iki şahmatçımız qara fiqurlarla oynayacaq.

Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti Uesli Soya (ABŞ), Teymur Rəcəbov isə ukraynalı Pavel Elyanovla görüşəcək.

Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək yarış saat 15-00-da start götürəcək.

I tur

Radoslav Voytaşek (Polşa) - Vladimir Kramnik (Rusiya)
Veselin Topalov (Bolqarıstan) - Maykl Adams (İngiltərə)
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Sergey Karyakin (Rusiya) - Pentala Harikrişna (Hindistan)
Pavel Elyanov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan)