Məmmədyarov İddiaçılar turnirinə qələbə ilə başladı

Şahmat 11.03.2018 11:23
Məmmədyarov İddiaçılar turnirinə qələbə ilə başladı
488 Dəfə oxunub
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinə start verilib.

Həmyerlimiz Şəhriyar Məmmədyarov yarışa qələbə ilə başlayıb. O, ilk turda qara fiqurlarla "İddiaçılar Turniri-2016"nın qalibi, rusiyalı Sergey Karyakinlə qarşılaşıb. Görüş 72-ci gedişdə Azərbaycan şahmatçısının qələbəsi ilə başa çatıb - 1:0.

Turun digər görüşləri belə nəticələnib:

Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0
Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0.

İlk turdan sonra Şəhriyar Məmmədyarov Fabiano Karuana və Vladimir Kramniklə birgə turnir cədvəlinə başçılıq edir.

2-ci turda Məmmədyarov ağ fiqurlarla Aronyanla qarşılaşacaq.