Avropa Oyunları: boksçumuz erməni rəqibini məğlub etdi

Boks 22.06.2019 17:18
Avropa Oyunları: boksçumuz erməni rəqibini məğlub etdi
253 Dəfə oxunub
Belarusda II Avropa Oyunları davam edir.

Bu gün boks yarışlarında milli komandamızın üzvü Lorenzo Sotomayor qələbə qazanıb. 69 kq çəki dərəcəsində çıxış edən boksçumuz Ermənistan idmançısı  Qurqen Madoyanı məğlub edib - 5:0. Sotomayor 1/8 finalda Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək.