Minsk-2019: Boksçularımızdan biri finalda, digəri "bürünc"lə kifayətləndi

Boks 28.06.2019 18:33
Minsk-2019: Boksçularımızdan biri finalda, digəri "bürünc"lə kifayətləndi
250 Dəfə oxunub
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Ölkəmizi təmsil edən boksçu Alfonso Dominqes finala yüksəlib.

81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda italiyalı Fiori Simone ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1. Dominqes finalda Benjamin Uittakerlə (Böyük Britaniya) qarşılaşacaq.

69 kq çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz  Lorenzo Sotomayor isə yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormaka uduzduğu üçün “bürünc”lə kifayətlənməli olub. O, rəqibinə nokautla yenilib.

Bu, Azərbaycanın II Avropa Oyunlarında 17-ci medalıdır (2 qızıl, 5 gümüş, 10 bürünc).