Avropa Oyunları: boksçumuz final görüşünə çıxacaq

Boks 29.06.2019 13:22
Avropa Oyunları: boksçumuz final görüşünə çıxacaq
207 Dəfə oxunub
Bu gün "Minsk 2019" II Avropa Oyunlarında IX günə start veriləcək.

Azərbaycan təmsilçiləri 4 idman növündə yarışacaqlar.

İlk olaraq karateçilər qüvvələrini sınayacaq. Roman Heydərov kata, İrina Zaretska və Asiman Qurbanlı kumite yarışlarında medal qazanmağa cəhd göstərəcəklər.

Azərbaycanın son üç yunan-Roma güləşçisi də bu gün mübarizəyə qoşulacaq. Bundan əlavə boksçu Alfonso Dominqes finalda qızıl medal qazanmaq üçün döyüşəcək. Ölkənin idman gimnastı İvan Tixonov da öz bacarıqlarını göstərməyə çalışacaq.

Karate
Kişilər, kata
Roman Heydərov

Qadınlar, 68 kq
İrina Zaretska – Silviya Semeraro (İtaliya)

İrina Zaretska – Alize Aqier (Fransa)

İrina Zaretska – Miroslava Kopunova (Slovakiya)

13:30. Kişilər, 84 kq
Asiman Qurbanlı – Tirol Darnel Lardi (Hollandiya)
Asiman Qurbanlı – Conatan Horne (Almaniya)
Asiman Qurbanlı – Alparslan Yamanoğlu (Türkiyə)

Yunan-Roma güləşi
12:20. 87 kq, 1/8 final
İslam Abbasov – Nikolay Dobrev (Serbiya)

13:00. 97 kq, 1/8 final
Orxan Nuriyev – Daniel Qastl (Avstriya)

13:10. 130 kq, 1/8 final
Sabah Şəriəti – Ante Milkoviç (Xorvatiya)

İdman gimnastikası
15:00. Kişilər, çoxnövçülük
İvan Tixonov

Boks
18:55. 81 kq, final
Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya)