Ramil Quliyev dünya çempionu oldu

CBC Sport 11.08.2017 09:34
Ramil Quliyev dünya çempionu oldu
553 Dəfə oxunub
İngiltərənin paytaxtı Londonda atletlərin 16-cı dünya çempionatı bizim üçün unudulmaz anlarla yadda qaldı. Bir neçə il öncə Türkiyəyə yollanan və karyerasını qardaş ölkədə Fənərbağça idman klubunda davam etdirən həmyerlimiz Ramil Quliyev sözün əsl mənasında tarix yazdı. Hazırda Türkiyə adına yarışan Ramil 200 metr məsafəyə qaçış yarışında hamıdan sürətli olduğunu sübut etdi. Məsafəni 20.09 saniyəyə qət edən Quliyev dünya çempionu adını qazanıb. O, ən yaxın rəqibi, Cənubi Afrikalı Vayde Van Niekerni 0.156 saniyə qabaqlayıb.