Çempionlar Liqası CBC Sport-da!

CBC Sport 07.08.2018 21:16
Çempionlar Liqası CBC Sport-da!
6340 Dəfə oxunub
Avropanın ən nüfuzlu futbol turnirləri “CBC Sport”da!!!

Hörmətli tamaşaçılarımıza, futbol ictimaiyyətinə, milyonların pərəstiş etdiyi bu ecazkar oyunu sevən hər kəsə böyük sevinc və məmnunluq hissi ilə bildiririk ki, dünyanın bir nömrəli klub turniri olan UEFA Çempionlar Liqasını Azərbaycanda bu mövsümdən yalnız “CBC Sport” yayımlayacaq.

Daim inkişafda olan “CBC Sport” TV UEFA Avropa Liqası turnirinin də yayım hüququnu əldə edib.

Amma bu da son deyil – uzunmüddətli səmərəli danışıqlardan sonra daha bir istəyimizi reallaşdırmışıq: bütün dünyada böyük maraqla izlənilən milli çempionatlardan sayılan İspaniya La-Liqasını da Azərbaycan futbolsevərlərinə bu mövsümdən biz təqdim edəcəyik.

“CBC Sport”un modern bilik və bacarığa malik texniki heyəti, peşəkar şərhçiləri oyunları müasir tələblərə uyğun şəkildə, maraqlı və baxımlı təqdim etməyə, idmansevərlərin zövqünü maksimum oxşamağa çalışacaq.

Əziz tamaşaçılar, istəkli azarkeşlər!

Bir-birindən maraqlı, gərgin və güzəştsiz mübarizə vəd edən bu futbol turnirlərinin həyəcanını sizinlə birgə yaşamaq, bənzərsiz, özünəməxsus matçlardan birlikdə zövq almaq bizlər üçün həm böyük sevinc, həm də olduqca qürurvericidir.

Sürprizlər kanalını izləməkdə davam edin, çünkü qaliblər bizi seçir!