Avropa və Dünya çempionatının seçmə mərhələsinin oyunları CBC Sport-da!

CBC Sport 07.08.2018 21:20
Avropa və Dünya çempionatının seçmə mərhələsinin oyunları CBC Sport-da!
1751 Dəfə oxunub
“CBC Sport” televiziya kanalının BƏYANATI

Əziz futbol azarkeşləri!

Sevinc hissi ilə bildiririk ki, aparılan uzunmüddətli danışıqlardan sonra “CBC Sport” televiziya kanalı futbol üzrə 2020-ci il Avropa çempionatının və 2022-ci dünya çempionatının seçmə mərhələ oyunlarını yayımlamaq hüququnu əldə edib.

Bundan başqa, “CBC Sport” ilk dəfə təşkil olunacaq və Azərbaycan milli komandası üçün mühüm yarışlardan sayılan Avropa Millətlər Liqasının yayım hüququna da yiyələnib.

Ümidvarıq ki, bu nüfuzlu və vacib turnirlərdə Azərbaycan milli komandası uğurlu çıxış edəcək, qarşıya qoyulan məqsədə çatacaq və “CBC Sport” olaraq biz də oyunları ən yüksək səviyyədə təqdim etməyə çalışacağıq.