UEFA Superkubokunu CBC Sport-da izləyin!

CBC Sport 07.08.2018 21:26
UEFA Superkubokunu CBC Sport-da izləyin!
2859 Dəfə oxunub
Əziz dostlar!

Avqustun 15-də dünyanın diqqəti Tallinndə - Estoniyanın paytaxtında keçiriləcək UEFA Superkubok matçında olacaq. Bu oyunların tarixində ilk dəfə eyni şəhərin – Madridin iki komandası üz-üzə gəlir.

Təkcə futbol azarkeşləri deyil, olduqca böyük bir auditoriya qitədə mövsümün açılış matçı kimi dəyərləndirilən görüşün həyəcanı ilə yaşamaq ərəfəsindədir. Dünyanın əksər ölkələrində canlı yayımlanacaq möhtəşəm qarşılaşma –“Real” - “Atletiko” İspaniya derbisi Azərbaycanda bu günlər yeni sürprizlərə imza atmış “CBC Sport”un efirində olacaq.

15 avqust, saat 23:00 – mübarizə “A. Le Kok” arenada, gözlər “CBC Sport”da!