Əsgər Abdullayev: “Bəlkə mənim geyinməyə heç nəyim yoxdur...”

CBC Sport 14.09.2018 14:02
Əsgər Abdullayev: “Bəlkə mənim geyinməyə heç nəyim yoxdur...”
816 Dəfə oxunub
Dünən tanınmış futbolçu və məşqçi Əsgər Abdullayev “CBC Sport”un populyar verilişlərindən biri “İmza”nın qonağı olub.

Xatırladaq ki, Ə. Abdullayev 1979-cu ildən 90-cı illərin əvvəlinə kimi Bakının “Neftçi” komandasında müdafiəçi mövqeyində çıxış edib, komandanın kapitanı olub.
Sonra məşqçi karyerasına başlayıb, ölkəmizin yeniyetmələr və gənclər yığmalarında işləyib.
Azərbaycanın əsas millisində əvvəlcə köməkçi məşqçi, sonra isə baş məşqçi olub. Onun rəhbərliyilə komandamız 2003-cü ildə Serbiya və Monteneqro ilə oyunlarda tarixi nəticələrə imza atıb. Səfərdə bu rəqiblə heç-heçə edib, Bakıda isə 2:1 hesabıyla qalib gəlib.
Sonra “Bakı”, “Olimpik-Şüvəlan”, “Turan Tovuz”, “Araz” və “Neftçi” komandalarını çalışdırıb.

Əsgər Abdullayev “İmza”da aparıcı Əminə Kazımovanın bu və digər çoxsaylı suallarını cavablandırıb:

- 1986-cı ildə SSRi çempionatında “Neftçi” ilk dövrənin gedişində hətta 3-cü pilləyə yüksəlmişdi. Bu uğuru nəyə görə sona qədər davam etdirə bilmədiniz?

- 2003-cü il, səfərdə Serbiya və Monteneqro ilə oyun. O vaxt əksər klublarımız oyunçularını yığmaya buraxmaq istəmirdi. Siz isə bu vəziyyətdə belə rəqibdən səfərdə xal aldınız – 2:2. Bu uğur -Azərbaycan futbolundakı durğunluğu aradan qaldıran nəticə barədə nə deyə bilərsiniz?

- Ömrünüzün ən vacib imzasını atdığınız sənəd?

O, “Mövhumatçı olduğunuz deyilir, düzdürmü?” sualına əsəbiləşib və bu şayiənin yayılmasında jurnalistləri günahlandırıb.
“Bəlkə mənim geyinməyə heç nəyim yoxdur deyə bir gödəkçəni geyinirəm. Ona ad qoydular ki, uğur gətitrir deyə ancaq onu geyinirəm. Hələ deyirdilər, guya  demişəm ki, futbolçulara qara toyuğun yumurtasını yedizdirsəniz bərk qaçarlar. Bu nə cəfəngiyyatdır?”, - deyə emosional cavab verib.


Aşağıdakı linkə daxil olub Əsgər Abdullayevin “İmza”sını izləyə bilərsiniz:
http://www.cbcsport.tv/video/mza/video-27220/