Bu gün Avropa Oyunlarında kimlər yarışacaq?

CBC Sport 22.06.2019 12:54
Bu gün Avropa Oyunlarında kimlər yarışacaq?
227 Dəfə oxunub
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Bu gün idmançılarımız cüdo, boks, gimnastika, stend atıcılığı və sambo növlərində qüvvələrini sınayacaqlar.

Stend atıcılığında Əli Hüseynli mübarizəyə qoşulacaq. Daha sonra samboçular çıxış edəcəklər.  Mehman Xəlilov (57 kq) belaruslu Burds Vladislavla, Emil Həsənov (68 kq) rumıniyalı Soke Laslo-Joltla, Ceyhun Hüseynov (82 kq) gürcüstanlı Berulava Besarioni ilə, Gözəl Zutova (72 kq) isə fransalı Laroz Camiylə üz-üzə gələcək. İdmançıların hamısı yarışa 1/4 finaldan start verəcək.

Cüdoçuların mübarizəsində də ilk günün qalibləri bəlli olacaq. Qadınlardan Aişə Qurbanlı (48 kq) rumıniyalı Aleksandra Popu, Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52 kq) müvafiq olaraq, finlandiyalı Katri Kakko və polşalı Karolina Pienkovskanı, İçinxorloo Munxtsedev (57 kq) gürcüstanlı Eteri Lipartelianini sınağa çəkəcək. Kişilərdən Orxan Səfərov və Kəramət Hüseynov (hər ikisi 60 kq) müvafiq olaraq, David Starkel (Sloveniya) və Matyaj Trboviç (Sloveniya), Nicat Şıxəlizadə (66 kq) ukraynalı Boqdan Yadovla qarşılaşacaq.  

Boksçularımızdan  4-ü rinqə çıxacaq. Cavid Çələbiyev (60 kq) Nikola İvkoviçlə (Bosniya və Herseqovina), Lorenso Sotomayor (69 kq) Qurgen Madoyanla (Ermənistan), Kamran Şahsuvarlı (75 kq) Giorgi Harabadze (Gürcüstan), Alfonso Dominges (81 kq) isə ukraynalı Stepan Qrekulla döyüşəcək.

Bu gün 3 gimnast da mübarizəyə başlayacaq. Bədii gimnastikada Zöhrə Ağamirova, akrobatikada isə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşeyxi bacarıqlarını nümayiş etdirəcək.