Avropa Oyunları: İlk medalımızı qazandıq

CBC Sport 22.06.2019 18:59
Avropa Oyunları: İlk medalımızı qazandıq
131 Dəfə oxunub
Azərbaycan II Avropa Oyunlarında ilk medalını qazanıb.

Akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi ikilisi fərqləniblər. Onlar 28,830 xalla gümüş medal əldə ediblər.

Yarışın qalibi 29,060 xalla Viktoriy Aksenova – Kirill Startsev (Rusiya) olub. Üçüncü yeri isə 28,810 xalla Artur Belyakov – Olqa Melnik (Belarus) cütlüyü tutub.