Avropa Oyunları: karateçimiz bürünc medal qazandı

CBC Sport 29.06.2019 18:09
Avropa Oyunları: karateçimiz bürünc medal qazandı
166 Dəfə oxunub
Azərbaycan karateçisi Roman Heydərov "Minsk-2019" II Avropa Oyunlarında bürünc medala layiq görülüb.

Kata nüvündə mübarizə aparan həmyerlimiz 3-cü yer uğrunda görüşdə Almaniya təmsilçisi İlya Smorgunerlə üz-üzə gəlib.

Bu qarşılaşmadan qalib ayrılan (25.46 - 24.54) Azərbaycan təmsilçisi Avropa Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, bu, hazırda Azərbaycan yığmasının "Minsk 2019"da 21-ci medalıdır. Komandanın aktivində 3 qızıl, 6 gümüş və 12 bürünc medal var.