Avropa Oyunları: karateçilərimiz 3 medal qazandı

CBC Sport 30.06.2019 13:58
Avropa Oyunları: karateçilərimiz 3 medal qazandı
113 Dəfə oxunub
Azərbaycan karateçiləri Minskdə 2-ci Avropa oyunlarınında çıxış etdikləri ilk gün 3 medal qazanıblar.

"Çijovka Arena"da tatamiyə çıxan idmançılarımızın hər biri oyunları müxtəlif əyarlı medallarla başa vurub. 5 görüşü qələbəylə tamamlayan Asiman Qurbanlı (+84 kq) yarışın qalibi olub. Finalda qələbəni əldən verən İrina Zaretska (-68 kq) gümüş medala, Roman Heydərov (kata) isə bürünc mükafata sahib olub.

Bu nəticə, həm də ertəsi gün mübarizəyə qatılan digər 4 karateçimiz üçün əlavə stimul yaradıb. 2-ci Avropa Oyunlarının son günü Nuranə Əliyeva (-50 kq), Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Rafael Ağayev (-75 kq) medallar uğrunda mübarizə aparacaq.

Yarışın formatına əsasən hər çəkidə 2 qrupa bölünən 4 idmançıdan ən yüksək nəticə göstərən ikisi yarımfinala vəsiqə qazanmaqla, bürünc medalları da təmin etmiş olacaqlar.