Bakıda daha bir mötəbər turnirə start verilir

CBC Sport 21.07.2019 13:39
Bakıda daha bir mötəbər turnirə start verilir
364 Dəfə oxunub
Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) start götürəcək.

İyulun 27-dək davam edəcək festivalda 48 ölkənin idmançıları mübarizə aparacaqlar.

Millimiz festivalda 122 idmançı ilə təmsil olunacaq. 14-18 yaşlı atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaq. 135 dəst medal sahibini tapacağı yarışlar zamanı

Festivalda idman mübarizəsinə saat 09:00-da Bakı Tennis Akademiyasında start verilib. Fərdi yarışda Azərbaycanı Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov və Tamerlan Əzizov təmsil edirlər. EYOF-da ilk medalçılar isə güləş növündə olacaq. Sərbəst və yunan-Roma güləşində ilkin mərhələ saat 10:30-da, final bölümü isə saat 16:00-da başlayıb. Burada müvafiq olaraq, Murad Haqverdiyevlə (45 kq) Əbülfəz Nəsirov (55 kq) və Fərid Sadıxlı (45 kq) ilə Nihat Məmmədli (55 kq) bacarıqlarını nümayiş etdirirlər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi isə Bakı Kristal Zalında olacaq və 20:00-da başlayacaq.


Tennis

Fərdi yarış

09:00 – 17:00. Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov, Tamerlan Əzizov

Bakı Tennis Akademiyası

Güləş

Sərbəst güləş

10:30 – 13:30. Murad Haqverdiyev (45 kq), Əbülfəz Nəsirov (55 kq)

Yunan-Roma güləşi

10:30 – 13:30. Fərid Sadıxlı (45 kq), Nihat Məmmədli (55 kq)

16:00 – 17:30. Medal görüşləri

Heydər Əliyev adına İdman-Konsert Kompleksi

Açılış mərasimi

20:00. Bakı Kristal Zalı