Bisping Qastelium

Gənc cüdoçularımızdan Avropa birinciliyində 2 medal

Cüdo 13.11.2017 10:27
Gənc cüdoçularımızdan Avropa birinciliyində 2 medal
78 Dəfə oxunub
Monteneqronun ev sahibliyi etdiyi 23 yaşadək cüdoçuların Avropa birinciliyinin üçüncü yarış günündə tatami üzərinə 2 cüdoçumuz çıxıb. 90 kq çəki dərəcəsində yarışan Firudin Dadaşov ilk görüşündəcə Slovakiya təmsilçisinə uduzaraq mübarizədən kənarda qalıb. 100 kq-dan ağır çəkidə isə ölkəmizi Cəlil Şükürov təmsil edib. Startda Rusiya idmançısına qalib gəlməklə 1/4 finala adlayan cüdoçumuz növbəti mərhələdə Belarus təmsilçisinə məğlub olub. Mübarizəni təsəlliverici görüşlərlə davam etdirən Şükürov ilk görüşündə qalib gəlsə də, bürünc medallar uğrunda qarşılaşmada Gürcüstan idmançısını üstələyə bilməyib. Nəticədə Cəlil Şükürov gənclərin Avropa birinciliyini 5-cü pillədə tamamlayıb.
Ümumilikdə komandamız bugünədək 2 bürünc medal əldə edib. 60 kq çəki dərəcəsində Kəramət Hüseynov, 52 kq-da isə Nəzakət Əzizova mükafatçılar sırasına düşə bilib.