Avropa Oyunları: cüdoçularımız ilk yarış günündə medalsız qaldılar

Cüdo 22.06.2019 17:39
Avropa Oyunları: cüdoçularımız ilk yarış günündə medalsız qaldılar
207 Dəfə oxunub
Minskdə keçirilən II Avropa Oyunlarında cüdo yarışları start götürüb. Milli komandamızın 7 üzvü mübarizəyə qoşulsa da, onlar medalsız qalıblar.
Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanmağa yaxın olsa da, təsəlliverici görüşdə italiyalı Odetta Quiffrida uduzub.

Kəramət Hüseynov, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı (48 kq), Aleksandra Larisa Florian (52 kq) və İçinxorlo Munxçedev (57 kq) yarışı mükafatsız başa vurublar.