Avropa Oyunları: Orucov gümüş, Heydərov bürünc medal qazandı

Cüdo 23.06.2019 19:49
Avropa Oyunları: Orucov gümüş, Heydərov bürünc medal qazandı
217 Dəfə oxunub
Belarusda keçirilən II Avropa oyunlarında cüdoçularımız 2 medal qazanıblar. 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov finalda isveçli Tomas Masiasa uduzaraq, gümüş medala layiq görülüb.

Eyni çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov Minskdə bürünc medalla kifayətlənib. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.