Daha bir cüdoçumuz Avropa Oyunlarında medal qazandı

Cüdo 24.06.2019 18:37
Daha bir cüdoçumuz Avropa Oyunlarında medal qazandı
154 Dəfə oxunub
Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.

Kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) qarşılaşıb və qələbə qazanıb. Mehdiyev 1/8 finalda Aurilyena Disse (Fransa) qalib gələrək 1/4 finala çıxıb. Bu mərhələdə isə türkiyəli Mikayıl Özerlərinə məğlub olub.

Təsəlliverici qarşılaşmada isveçrəli Siril Qrossklausu məyus edən Mehdiyev bürünc medal uğrunda yarışıb. O, burada Vant end Noeli (Hollandiya) məğlub edib.

Qeyd edək ki, cüdoçulardan daha öncə Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medala sahib olub.