Cüdo yığmamız 1/8 finalda məğlub oldu

Cüdo 25.06.2019 13:25
Cüdo yığmamız 1/8 finalda məğlub oldu
151 Dəfə oxunub
Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunları davam edir. Bu gün cüdo üzrə komanda yarışları keçirilir. Azərbaycan yığması 1/8 final mərhələsindən mübarizə aparıb. Millimiz burada Fransa seçməsi ilə üz-üzə gəlib və 0:4 hesabı ilə uduzub. Bununla da Azərbaycan cüdoçuları Oyunlarla vidalaşıblar.

Qeyd edək ki, hesabında 4 gümüş və 7 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 24-cü pillədədir. Bunlardan 5-ni cüdoçular qazanıb.

Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərdov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edib.