AVRO-2020-yə ev sahibliyi edəcək Münhen şəhərinin loqosu təqdim olunub

Futbol 28.10.2016 10:52
AVRO-2020-yə ev sahibliyi edəcək Münhen şəhərinin loqosu təqdim olunub
617 Dəfə oxunub
AVRO-2020-yə ev sahibliyi edəcək Almaniyanın Münhen şəhərinin loqosunun təqdimatı olub. Təqdimat mərasimində UEFA-nın sloveniyalı prezidenti Aleksander Çeferin, "Bayern" Münhen klubunun sədri Karl-Hayns Rummeninge və Almaniya Futbol İttifaqının rəhbəri Raynhard Qrindal iştirak edib. Qeyd edək ki, Münhen, Bakı ilə bərabər AVRO-2020-yə ev sahibiliyi edəcək 13 şəhərdən biridir. Xatırladaq ki, AVRO-2020-nin 4 oyunu (3 qrup və 1 1/4 final görüşü) Bakı Olimpiya Stadionunda keçiriləcək. Bakının loqosunun təqdimat mərasimi isə sentyabrın 30-da olub.