UEFA nümayəndələri Bakıda AVRO-2020 ilə bağlı seminar keçdi

Futbol 16.11.2016 14:37
UEFA nümayəndələri Bakıda AVRO-2020 ilə bağlı seminar keçdi
671 Dəfə oxunub
Bulvar Oteldə “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçirilib.
UEFA-nın rəhbərliyi altında keçirilən seminar Bakıda 2020-ci ildə UEFA Avropa Çempionatının final mərhələsinin (EURO-2020) 4 oyunun keçirilməsinə hazırlıq məqsədi daşıyıb. Seminarda Daxili İşlər Nazirliyinin əməkdaşları, Topaz Premyer Liqası və I Divizion klublarının mühafizə xidmətinin rəhbərləri, klublarda azarkeşlərlə əlaqələndirici şəxslər, fan-klub nümayəndələri, AFFA, PFL və AFFA-nın nəzdində olan stadionların əməkdaşları, Premyer Liqa oyunlarına təyinat alan AFFA nümayəndələri və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.