Emin Mahmudov "Boavişta"da debüt etdi

Futbol 27.11.2016 02:30
Emin Mahmudov "Boavişta"da debüt etdi
3707 Dəfə oxunub
Portuqaliya Premyer Liqasında 11-ci turun oyunları keçirilir. Azərbaycan milli komandasının üzvləri Kamran Ağayev və Emin Mahmudovun forma geyindiyi "Boavişta" bu turda "Sportinq"lə qarşılaşıb. Lissabon təmsilçisinin 1:0 hesabıyla qalib gəldiyi matçda Kamran Ağayev 90 dəqiqə meydanda olub. Emin Mahmudov isə rəsmi oyunlarda "Boavişta"nın heyətində ilk oyununa çıxıb. O, matçın 76-cı dəqiqəsində Karrakanı əvəz edib.