Miocic Nqannu

Kamran Ağayev bu gün meydana çıxa bilər (ÖZƏL)

Futbol 05.12.2016 17:38
Kamran Ağayev bu gün meydana çıxa bilər (ÖZƏL)
1806 Dəfə oxunub
Milli komandamızın və "Boavişta"nın qapıçısı Kamran Ağayev bu gecə "Pasuş de Ferreyra" ilə səfər matçında meydana çıxa bilər. Həmyerlimiz CBC Sport-a açıqlamasında bu haqda məlumat verib: "Tibbi müayinədən keçdim. Ciddi bir şey yoxdur. Hazırda komandanın düşərgəsindəyəm. Ola bilsin, bu gün start heyətində meydana çıxdım. Bunun üçün həkimlər əlindən gələni ediblər. Təbii ki, ağrıkəsici iynələr vurmalı oldular.

Xatırladaq ki, məşqdə zədə alan Ağayevin bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı haqda xəbər yayılmışdı.

Pasuş de Ferreyra" - "Boavişta" matçı saat 23:55-dən etibarən CBC Sport-la canlı yayımlanacaq.