Bisping Qastelium

"Qarabağ"da yeni futbolçu

Futbol 10.01.2017 16:18
"Qarabağ"da yeni futbolçu
2418 Dəfə oxunub
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın düşərgəsinə daha bir futbolçu qoşulub. Rusiyanın "Amkar" (Perm) komandasının yetirməsi olan Rinat Hüseynov Ağdam klubunda baxışdan keçəcək. Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən futbolçu haqda son qərar veriləcək.

20 yaşlı futbolçu mərkəz müdafiəçisidir. 189 sm boya malikdir. Hüseynov bu mövsüm "Amkar"ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qolla yadda qalıb.

Qeyd edək ki, Rinat Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın da üzvüdür.