Bisping Qastelium

Üç klubumuz Antalyaya yollandı

Futbol 11.01.2017 11:58
Üç klubumuz Antalyaya yollandı
764 Dəfə oxunub
Topaz Premyer Liqasında mübarizə aparan daha 3 komanda bu gün Türkiyəyə yola düşüb.  “Qəbələ”, “İnter” və “Sumqayıt”ın öncədən nəzərdə tutulan Antalya səfəri yalnız bu gün reallaşıb.

Əslində, “Qəbələ” yanvarın 9-da, digər iki komanda isə dünən yola düşməli idilər. Lakin İstanbula güclü qar yağması səbəbindən təyyarə reysləri təxirə salınmışdı. Hər üç klubun futbolçuları və rəsmiləri bu gün eyni təyyarədə birbaşa Antalyaya yollanıblar.