UFC Rua

Millimiz Türkiyə, Ukrayna və İspaniya ilə bir turnirdə

Futbol 11.01.2017 12:44
Millimiz Türkiyə, Ukrayna və İspaniya ilə bir turnirdə
1214 Dəfə oxunub
Veteranlardan Azərbaycan milli komandası yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.

Turnirdə millimizlə yanaşı, Gürcüstan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandası da iştirak edəcək. Millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq.

Turnirə yollanacaq veteran futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Oqtay Abdullayev, Rüstəm Rəhimov, Asim Xudiyev, Hüseyn Məhəmmədov, Marat Salyanski, Arif Əsədov, Nadir Əliyev, Nazim Süleymanov, Vidadi Rzayev, Əli Abışov, Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Mahmud Qurbanov, Allahverdi Babayev.