Amit Quluzadə Yunanıstan klubu ilə müqavilə bağladı

Futbol 11.01.2017 14:03
Amit Quluzadə Yunanıstan klubu ilə müqavilə bağladı
1913 Dəfə oxunub
"Sumqayıt"ın futbolçusu Amit Quluzadə karyerasını Yunanıstanda davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi superliqada çıxış edən AEL Larissa klubu ilə 2,5 illik müqavilə bağlayıb.

AEL Larissa 14 oyundan sonra 13 xalla turnir cədvəlində 16 komanda arasında 13-cü yeri tutur. Qeyd edək ki, "Qəbələ"nin slovakiyalı sabiq müdafiəçisi Pavol Farkaşla, braziliyalı Dodo da bu komandanın heyətində çıxış edir.

Xatırladaq ki, Quluzadə karyerası ərzində "Neftçi", "Kayseri Erciyəsspor", "Rəvan", "Qəbələ", Atletiko Portuqal" və "Sumqayıt" komandalarının şərəfini qoruyub.