UEFA "Partizan"ı avrokuboklardan uzaqlaşdırdı

Futbol 11.01.2017 17:20
UEFA "Partizan"ı avrokuboklardan uzaqlaşdırdı
1019 Dəfə oxunub
UEFA Serbiyanın "Partizan" klubuna 3 il avrokuboklarda iştirak etməyə qadağa qoyub. Buna səbəb maliyyə Fair Play-nin pozulmasıdır. Avropa futbol qurumunun rəsmi səhifəsində verilən xəbərdə Belqrad klubunun həm də lisenziyalaşdırmanın tələblərini pozduğu göstərilir.

Bundan başqa, "Partizan" rəhbərliyi işin aparılması ilə əlaqədar xərclənmiş 3 min avronu da ödəməlidir. "Partizan" bu qərardan İdman-Arbitraj Məhkəməsinə müraciət edə bilər.