"Qəbələ"nin yarımmüdafiəçisi Çiliyə qarşı oynadı

Futbol 11.01.2017 17:40
"Qəbələ"nin yarımmüdafiəçisi Çiliyə qarşı oynadı
1267 Dəfə oxunub
"Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya millisində debüt edib. Yarımmüdafiəçi “China Cup 2017” turnirində Çiliyə qarşı matçda əsas heyətdə meydana çıxıb. Ozobiç 56-cı dəqiqədə Fran Tudorla əvəzlənib.

"Qəbələ"nin legioneri 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Çili yığması matçın qalibi olub - 4:1.