"Neftçi" Özbəkistan komandasına uduzdu

Futbol 11.01.2017 23:52
"Neftçi" Özbəkistan komandasına uduzdu
1369 Dəfə oxunub
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

Elxan Abdullayevin komandası  Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşıb. Oyun "Nasaf" klubunun qələbəsi ilə başa çatıb – 1:0.

"Neftçi" oyuna bu heyətlə çıxıb:

33.Boban Baykoviç, 27.Məqsəd İsayev, 29.Georgi Navalovski, 6.Pavel Dreksa, 3.Jairo Rodriges, 87.Kirilo Petrov, 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev, 10.Cavid İmamverdiyev (K), 9.Namiq Ələsgərov, 20.Damir Vidoviç.

İkinci hissədə meydana daxil olanlar: 53.Maksim Vaylo, 11.İqnasio Herrera, 19.Fəhmin Muradbəyli, 23.Tərzin Cahangirov, 80.Edson Kastilyo.


Qeyd edək ki, "Neftçi” ilk yoxlama matçında Türkiyənin "Sivasspor" klubu ilə qolsuz heç-heçə etmişdi.