invest

"Boavişta" Kamranın cəzasının azaldılmasını tələb edir

Futbol 19.01.2017 12:22
"Boavişta" Kamranın cəzasının azaldılmasını tələb edir
1192 Dəfə oxunub
"Boavişta" klubu qapıçısı Kamran Ağayevin 3 oyunluq cəzasının azaldılması ilə bağlı apelyyasiya şikayəti verəcək. Portuqaliya komandasının rəsmi saytında klubun bəyanatı yayılıb. Bəyanatda millimizin qolkiperinin cəzası ağır hesab olunur: "Azarkeşlər rəqib oyunçuların aktyorluq və təxribata çəkmə bacarıqlarının yüksək səviyyədə olduğunu gördülər. Bu haqsızlıq “Boavişta”ya mənfi mənada təsir göstərməyəcək. Haqsızlıq qarşısında susmaz fikrimiz yoxdur” - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, Ağayev Portuqaliya çempionatının 17-ci turunda  “Benfika” ilə oyundan sonra rəqib komandanın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər.