invest

Kamran Ağayevə oynamaq qadağan edildi

Futbol 22.02.2017 16:58
Kamran Ağayevə oynamaq qadağan edildi
4310 Dəfə oxunub
Milli komandamızın qapıçısı Kamran Ağayev “Boavişta”nın növbəti oyununda da iştirak etməyəcək.

Bu haqda Portuqaliya mətbuatı məlumat yayıb. Cəza müddəti bitdikdən sonra əsas heyətdəki yerini itirən 31 yaşlı qolkiper dünən tibbi müayinədən keçib. Məhz müayinə zamanı Ağayevdə əzələ ağrısı müşahidə edilib. Həkimlər onun həftəsonu 23-cü turda start heyətində meydana çıxmamasını məsləhət görüblər. Millimizin üzvü ən yaxşı halda ehtiyat oyunçular skamyasında oturacaq.  

Xatırladaq ki, “Boavişta” növbəti tur, fevralın 26-da “Porto”nu qəbul edəcək.