Miocic Nqannu

Kamran Ağayev məşqlərə başladı

Futbol 23.03.2017 22:45
Kamran Ağayev məşqlərə başladı
1456 Dəfə oxunub
Milli komandamız Almaniya ilə oyunun hazırlığını davam etdirir. İlk məşqi zədə səbəbindən buraxan Kamran Ağayev artıq özünü yaxşı hiss edir.

AFFA-nın facebook səhəsinin yazdığına görə, "Bovişta"nın qapıçısı bu gün komanda ilə birgə məşq edib.

Xatırladaq ki, zədə səbəbindən Namiq Ələsgərovla Ruslan Abışov millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.