Eddi "Kadis"ə xal qazandırdı

Futbol 01.04.2017 23:48
Eddi "Kadis"ə xal qazandırdı
2565 Dəfə oxunub
Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" İspaniya II liqasında növbəti oyununu keçirib.

Komanda 32-cu turda səfərdə “UCAM Mursiya” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Kadis"in yeganə qolunu 45-ci dəqiqədə İsrafilov vurub. Yığmamızın üzvü 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Kadis" 32 turdan sonra 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.