invest

Millimiz qələbə ilə başladı

Futbol 08.04.2017 23:10
Millimiz qələbə ilə başladı
1784 Dəfə oxunub
Bu gün futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunun oyunlarına start verilib.

Yığmamızın ilk rəqibi Bosniya və Herseqovina millisi olub. Bakı İdman Sarayında keçirilən qarşılaşma komandamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb.

B qrupunun digər oyununda isə Macarıstan Albaniya ilə üz-üzə gəlib.  Görüş macarların qələbəsi ilə yekunlaşıb - 4:3.

Millimizin baş məşqçisi Biro Jade Dörd oyundan sonra fikirlərini bildirib: "Dörd gün ərzində 3 oyun keçirməliyik. Təcrübəli komandayıq, amma belə turnirlərdə bu cür səhvlərə yol vermək olmaz”.

Braziliyalı mütəxəssis komandasının oyunundan tam razı qalmadağını bildirib: “Hesab 4:2 olarkən çox vacib qol imkanlarından yararlana bilmədik. Səhvlərimiz oldu. Lakin indi təhlil aparmaq üçün vaxtımız yoxdur. Qarşıda hələ 2 oyunumuz var. Düşünmürəm ki, bu gün göstərdiyimiz oyun komandamızın maksimum bacarığıdır. Futzalda mövcud olan tendensiya son dünya çempionatında alt-üst oldu. Bütün oyunlarda qələbə qazanmaq üçün var  gücünlə mübarizə aparmalısan”.