"Boavişta" Kamran Ağayevlə müqviləni pozdu

Futbol 17.04.2017 18:41
"Boavişta" Kamran Ağayevlə müqviləni pozdu
2367 Dəfə oxunub
Portuqaliyanın "Boavişta" klubu milli komandamızın qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

Bu barədə klubun rəsmi facebook səhifəsində məlumat verilib. 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə xitam verilib.

Xatırladaq ki, Ağayev sonuncu dəfə "Boavişta"nın heyətində  yanvarın 15-də "Benfika" ilə oyunda meydana çıxmışdı. Həmyerlimiz həmin matçda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandırılmışdı.

Qeyd edək ki, Kamran Ağayev "Boavişta"ya mövsümün əvvəllərində transfer olunmuşdu.