“Yuventus” və “Monako” yarımfinalda

Futbol 20.04.2017 09:27
“Yuventus” və “Monako” yarımfinalda
695 Dəfə oxunub
Avropanın nüfuzlu klub turniri olan Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Keçirilən iki oyundan sonra bütün yarımfinalçıların adına aydınlıq gəlib.

Maraqla gözlənilən matç “Nou Kamp”da oynanılıb. “Barselona” “Yuventus”dan ilk görüşdə qeydə alınan 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, buna nail ola bilməyib. Qolsuz qarşılaşma “Qoca Sinyora”nın yarımfinal biletini təmin edib.

“Monako” isə birinci görüşdə olduğu kimi yenə Dortmund “Borussiya”sından üstün olub.  “Knyazlıq klubu” bu dəfə 3:1 hesablı qələbə qazanıb və adını yarımfinala yazdırıb.

Beləliklə, "Real", "Atletiko", "Yuventus" və "Monako"nun iştirak edəcəyi yarımfinal mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək.

1/4 final, cavab oyunları

19 aprel

“Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) - 0:0
İlk oyun - 0:3

“Monako” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qollar: Mbappe, 4, Falkao, 17, Jermen, 81 - Roys, 48
İlk oyun - 3:2