“Beşiktaş” “Lion”la, “Mançester Yunayted” “Anderlext”lə üz-üzə

Futbol 20.04.2017 11:23
“Beşiktaş” “Lion”la, “Mançester Yunayted” “Anderlext”lə üz-üzə
499 Dəfə oxunub
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. Keçiriləcək 4 oyunla yarımfinalçılar müəyyənləşəcək.

Azərbaycanlı futbolsevərlərin diqqəti İstanbula yönələcək. İlk qarşılaşmanın sonlarında 2 qol buraxaraq 1:2 məğlub olan "qara qartallar"a yarımfinala adlamaq üçün bir qol da kifayət edir.

Gecənin digər maraqlı qarşılaşmalarından biri İngiltərədə oynanılacaq. “Mançester Yunayted” ilk oyunda 1:1 bərabərə qaldığı “Anderlext”i mübarizədən kənarlaşdırmağa çalışacaq.

Bu görüşlərlə yanaşı daha 2 qarşılaşma keçiriləcək. "Şalke" "Ayaks"la, "Genk" isə "Selta" ilə münasibətlərinə aydınlıq gətirəcək. Bütün matçlar saat 23:05-də start götürəcək.

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

23:05. “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)
Baş hakim: Milorad Maziç (Serbiya)
İlk oyun – 1:2

23:05. “Genk” (Belçika) – “Selta” (İspaniya)
Baş hakim: Villiam Kollum (Şotlandiya)
İlk oyun – 2:3

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
İlk oyun – 1:1

23:05. “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
İlk oyun – 0:2