Qriqorçuk Latviya yığmasından imtina edib

Futbol 20.04.2017 17:37
Qriqorçuk Latviya yığmasından imtina edib
716 Dəfə oxunub
"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya millisini çalışdırmaq üçün təklif alıbmış.

Bu barədə Latviya Futbol Federasiyasının baş katibi Yanis Mehetskis yerli mətbuata müsahibəsində deyib: "Qriqorçuk klubda çalışmağın onun üçün daha rahat olduğunu əsas gətirərək təklifimizi qəbul etmədi ".

Qeyd edək ki, Qriqorçuk 2015-ci ildən "Qəbələ"nin çalışdırır.

Latviya Futbol Federasiya millinin baş məşqçisi vəzifəsinə 2011/12 mövsümündə “Bakı”nı çalışdırmış Aleksandr Starkovu gətirib.