Bisping Qastelium

"Lion", "Mançester Yunayted", "Ayaks" və "Selta" yarımfinalda!

Futbol 21.04.2017 01:55
"Lion", "Mançester Yunayted", "Ayaks" və "Selta" yarımfinalda!
1240 Dəfə oxunub
Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Azərbaycanlı futbolsevərlər üçün böyük maraq kəsb edən oyun İstanbulda keçirilib. “Beşiktaş” doğma divarlar arasında  “Lion”la qarşılaşıb.  Xatırladaq ki, Fransada keçirilən ilk görüşdə "Beşiktaş"1:2 hesabı ilə uduzmuşdu. Cavab oyununun əsas vaxtı da eyni hesabla başa çatıb. Bu dəfə İstanbul klubunun xeyrinə - 2:1. Əlavə 30 dəqiqədə qapılara qol vurulmayb. Penalti zərbələrini "Lion" klubunun futbolçuları dəqiq yerinə yetiriblər.

"Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) - 3:2
Qollar: Qoretska, 53 (1:0), Burqstaller, 56 (2:0), Kaliquri, 101 (3:0), Vergever, 111 (3:1), Counes, 120 (3:2)
İlk oyun – 0:2

"Genk” (Belçika) – "Selta” (İspaniya) - 1:1
Qollar: Sisto, 63 (0:1), Trossard, 67 (1:1)
İlk oyun – 2:3

"Mançester Yunayted” (İngiltərə) – "Anderlext” (Belçika) - 2:1
Qol: Mxitaryan, 10 (1:0), Hanni, 32 (1:1), Reşford, 107 (2:1)

"Beşiktaş” (Türkiyə) – "Lion” (Fransa) - 2:1 (penaltilər - 7:8)
Qol: Taliska, 27 (1:0), Lakazette, 34 (1:1), Taliska, 58 (2:1)