Çempionlar Liqası və Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılır

Futbol 21.04.2017 09:16
Çempionlar Liqası və Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılır
2279 Dəfə oxunub
Bu gün Çempionlar Liqası və Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasimdə əvvəlcə Çempionlar Liqasının (Bakı vaxtı ilə saat 14:00), daha sonra Avropa Liqasının (Bakı vaxtı ilə saat 15:00)  iştirakçıları rəqiblərini tanıyacaq.

Çempionlar Liqasında yarımfinala yüksələn komandalar:

“Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (İtaliya), “Atletiko” (Madrid, İspaniya)

Avropa Liqasında yarımfinala yüksələn komandalar:

“Ayaks” (Amsterdam, Hollandiya), “Selta” (Viqo, İspaniya), “Lion” (Fransa), “Mançester Yunayted” (İngiltərə)

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Avropa Liqasında isə yarımfinal mərhələsinin ilk görüşləri mayın 4-də, cavab oyunları isə bir həftə sonra keçiriləcək.