“Bayern Münhen” “Ginnesin rekordlar kitabı”na düşdü

Futbol 19.05.2017 11:15
“Bayern Münhen” “Ginnesin rekordlar kitabı”na düşdü
721 Dəfə oxunub
“Bayern Münhen” “Ginnesin rekordlar kitabı”na düşüb. Çempionlar Liqasında ardıcıl 16 ev oyununu qələbəylə başa vuran Münhen təmsilçisi rekord qırıb.

Klub adından mükafatı mövsümün sonunda karyerasını bitirəcək komandanın kapitanı Filip Lam və hücumçu Tomas Müller alıblar.

“Bayern Münhen” Çempionlar Liqasında 2014-cü ilin sentyabrın 17-dən 2017-ci ilin fevralın 15-nə kimi keçirdiyi bütün ev oyunlarını qələbəylə başa vurub.