“Kəpəz”in əsas komandasının məşqçilər korpusunda yeni təyinat olub.
Gəncə klubunun saytının verdiyi xəbərə görə, U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, baş məşqçinin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayev ilə bir il müddətinə müqavilə bağlanacaq.
Vaxtilə futbolçu, karyerasını başa vurandan sonra isə məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.