invest

"Qarabağ Moskva"nın oyunçusu B kateqoriyası aldı

Futbol 13.06.2017 11:03
"Qarabağ Moskva"nın oyunçusu B kateqoriyası aldı
1990 Dəfə oxunub
"Qarabağ Moskva" futzal klubunun yaradıcısı və oyunçusu Elnur Vəliyev UEFA-nın məşqçilər üçün B kateqoriyasını alıb.

Həmyerlimiz yanvardan iyuna kimi Avropa futbol təşkilatının Kiyevdə keçirilən məşqçi kurslarında iştirak edib. Kursda Ukrayna yığmasının sabiq baş məşqçisi Yozef Sabo olmaqla tanınmış məşqçilər mühazirə söyləyib.  Kurs iştirakçılarına iyunun 9-da diplomlar təqdim olunub.