UFC Rua

R. Qriqorçuk: "Rəqib güclü, yaxşı təşkilatlanmış komandadır"

Futbol 14.07.2017 11:21
R. Qriqorçuk: "Rəqib güclü, yaxşı təşkilatlanmış komandadır"
1343 Dəfə oxunub
"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Polşanın "Yagelloniya" komandası ilə 1:1 hesablı heç-heçədən sonra görüşlə bağlı fikirlərini bildirib:
""Rəqib güclü, yaxşı təşkilatlanmış komandadır. Bunu bilirdik. İlk dəqiqələrdən üstünlüyü ələ almalı, topa nəzarəti əlimizdə saxlamalı idik. Ancaq əksinə oldu. İlk dəqiqələrdən xeyli top itirdik. Lakin sonradan üstünlüyü ələ aldıq".
Qəbələnin çalışdırıcısı növbəti görüşdə daha hazırlıqlı oyunçulara şans verəcəyini vurğulayıb:
"Bu gün elə də yaxşı oynamadıq. Lakin bunu bir oyunçunun üzərinə atmaq istəməzdim. Həmişəki kimi ən hazırlıqlı oyunçulara şans verdim. Cavab qarşılaşmasına cəmi 5 gün qalır. Həmin oyunda da ən yaxşılara şans verəcəyik. O ki qaldı yeni transfer olacaq məsələsinə, bu barədə hələ dəqiq heç nə deyə bilmərəm".