UFC Rua

"Qarabağ"ın 3-cü təsnifat mərhələsində potensial rəqibi bəlli oldu

Futbol 14.07.2017 15:28
"Qarabağ"ın 3-cü təsnifat mərhələsində potensial rəqibi bəlli oldu
2251 Dəfə oxunub
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 2-ci təsnifat mərhələsinin ilk matçında doğma azarkeşləri önündə Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub edərək cavab qarşılaşmasını formallığa çevirən son ölkə çempionumuz növbəti mərhələyə adlayacağı təqdirdə, “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu cütdə ilk görüş "Qarabağ" - "Samtredia" duelinin qalibinin meydanında keçiriləcək. Məlumat üçün bildirək ki, "Şerif" - "Kukesi" klublarının ilk matçı Moldova təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
3-cü təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.