"Qalatasaray" Bakıya gələ bilər

Futbol 14.07.2017 16:24
"Qalatasaray" Bakıya gələ bilər
3367 Dəfə oxunub
UEFA Avropa Liqasında mübarizə aparan klublarımızın 3-cü təsnifat mərhələsində potensial rəqibləri bəlli olub. Təmsilçilərimizidən "Qəbələ" klubu Polşa "Yagelloniya"sını mübarizədən kənarlaşdıracağı təqdirdə, 3-cü təsnifat mərhələsində iki il öncə analoji turnirin pley-off mərhələsində üstələdiyi Yunanıstan "Panatinaikos"u ilə qarşılaşacaq. İlk oyunda Lüksemburqun "Fola" komandasına minimal hesabla qalib gələn Bakı "İnter"i isə 3-cü mərhələyə yüksələ bilsə, "Qalatasaray"ı Bakıya gətirə bilər. Bunun üçün "Qalatasaray"ın ilk oyunda İsveçdə 0:2 hesabı ilə uduzduğu "Ostersund"a azı üç top fərqi ilə qalib gəlməsi gərəkdir. "Astra" - "Zirə" cütünün qalibini isə 3-cü mərhələdə Ukraynanın "Aleksandriya" klubu gözləyir.
3-cü təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.