UFC Rua

Dadaşov məhsuldar ötürmə verdi

Futbol 15.07.2017 16:56
Dadaşov məhsuldar ötürmə verdi
1533 Dəfə oxunub
ABŞ-da təlim-məşq toplanışında olan “Ayntraxt” növbəti yoxlama görüşünü keçirib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu komanda yerli “San Xose” klubu ilə qarşılaşıb.

14 min azarkeşin izlədiyi qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib. “Ayntraxt”ın yeganə qoluna 83-cü dəqiqədə Danni Blum imza atıb.

Maraqlıdı ki, Bluma məhsuldar ötürməni sonradan meydana daxil olan Dadaşov verib.